Suriya Rusiyanın Tartus və Xmeymimdə yerləşən hərbi bazalarının saxlanılmasında maraqlıdır, onlar humanitar mərkəz kimi istifadə oluna bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib.
“Suriya tərəfi Tartus və Xmeymimdəki hərbi bazalarımızın saxlanılmasında maraqlıdır. Prezidentin də dediyi kimi, biz qəbul edən ölkənin – Suriya Ərəb Respublikasının maraqlarına arxalanırıq”.
Lavrov əlavə edib ki, yeni şəraitdə bu bazalar hərbi məntəqə deyil, fərqli funksiyalar da yerinə yetirə bilər.