• Bakı 25° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı 
MƏDƏNİYYƏT
08 Iyul 2025 | 12:58

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı 

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.

Mədəniyyət Nazirliyi təyinat xəbərini “Report”a təsdiq edib:

“Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”, - soğruya cavabda qeyd olunub.

Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəz edib.

O bundan öncə nazirliyin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

Akif Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyinatı alıb.


SON XƏBƏRLƏR