• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Məhərrəm İncə CHP-yə qayıdıb - YENİLƏNİB
DÜNYA
24 Iyun 2025 | 15:07

Məhərrəm İncə CHP-yə qayıdıb - YENİLƏNİB

Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən CHP-yə üzv olub.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

    Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib.

    ***

    12:30

    Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.

    Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, Məhərrəm İncə bu gün keçiriləcək partiyanın parlament qrup iclasında yenidən CHP-yə qatılacaq.

    CHP lideri Özgür Özəl Məhərrəm İncəyə partiya döş nişanını təqdim edəcək.

    Qeyd edək ki, Məhərrəm İncə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultay keçirərək özünü buraxacaq.


    SON XƏBƏRLƏR