• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb - YENİLƏNİB
DÜNYA
10 Dekabr 2025 | 16:40

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb - YENİLƏNİB

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 22 nəfər ölüb və 16 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-i bildirib.

Qeyd olunur ki, binalarda bir müddətdir ki çatlar görünürdü və heç bir effektiv profilaktik tədbirlər görünmürdü.

Bu hadisə 2010-cu ildə tarixi şəhər olan Meknesdə 41 nəfərin həyatını itirdiyi oxşar hadisədən bəri Mərakeşdə baş vermiş ən ciddi hadisələrdən biri olub.

***

13:04

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli bina uçub.

Xəsarət alanlar Fəs universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.


SON XƏBƏRLƏR