"Milan"ın futbolçuları Joao Feliks və Rikkardo Sottil komandadan ayrılıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki hücumçunun icarə müqavilələri başa çatıb.
Feliks "Milan"a 2025-ci ilin fevralında "Çelsi"dən qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Sottil isə "Milan"a "Fiorentina"dan icarəyə verilib. İtaliyalı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb.