• Bakı 24° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

MİQ imtahanlarının vaxtı AÇIQLANDI -YENİLƏNİB
CƏMİYYƏT
09 Iyul 2026 | 21:03

MİQ imtahanlarının vaxtı AÇIQLANDI -YENİLƏNİB

2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

 

14:37

"Müəllimlərin İşə Qəbulu üzrə ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, MÜTDA-dan məlumat verilib.

    Bildirilib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir: "14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR