• Bakı 24° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

NATO Zirvə Görüşü zamanı Ankarada 145 uçuş həyata keçirilib
DÜNYA
09 Iyul 2026 | 20:29

NATO Zirvə Görüşü zamanı Ankarada 145 uçuş həyata keçirilib

NATO-nun Ankara Zirvəsi çərçivəsində 6-8 iyul tarixləri arasında Esenboğa Hava Limanı və Ankara Hava Limanında 83 eniş və 62 uçuş olmaqla, ümumilikdə 145 uçuş həyata keçirilib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu açıqlama verib.

O, bildirib ki, zirvə toplantısının son günündə hava limanlarında uçuşlar intensivləşib.

"8 iyul tarixində iki hava limanında 11 eniş və 51 qalxış olmaqla, ümumilikdə 62 uçuş həyata keçirilib. Üç günlük müddət ərzində Ankara Əsənboğa Hava Limanı və Ankara Hava Limanında 83 eniş və 62 qalxış olmaqla, ümumilikdə 145 uçuş həyata keçirilib. Ankara Hava Limanında cəmi 82 uçuş (44 eniş və 38 qalxış) və Əsənboğa Hava Limanında isə cəmi 63 uçuş (39 eniş və 24 qalxış) insidentsiz başa çatıb".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR