Nepalın Çinlə sərhəd rayonlarında dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 675 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NepalınTəbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.
Daha əvvəl Çinin dövlət KİV-ləri çərşənbə günü baş vermiş təbii fəlakət nəticəsində Tibetdə yeddi nəfərin həlak olduğunu bildirmişdi.
Beləliklə, Nepal və Tibetdə həlak olanların ümumi sayı 682 nəfərə çatıb.
***
16:25
Nepalın Çinlə sərhəd bölgəsində baş verən torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 668 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, təqribən 2500 nəfər hələ də itkindir.
***
09:26
Nepalda baş verən daşqın qurbanlarının sayı 616 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.
Hazırkı mərhələdə xəsarət alanların sayının 2 301 nəfər olduğu vurğulanır. Axtarış-xilasetmə tədbirlərinə ümumilikdə 4 811 polis əməkdaşı cəlb edilib.
Xatırladaq ki, Nepal ərazisində şiddətli daşqınlar avqustun 26-da baş verib.












