Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub.
Bakıvaxtı.az xəbər verir ki, aktyor bacısının toyunda iştirak etməyib.
Samsunun Bafra şəhərində keçirilən dəbdəbəli toy mərasiminə Burak Özçivitin xanımı, aktrisa Fahriye Evcen də qatılmayıb.
Aktyorun atasının sözlərinə görə, oğlu çəkilişlərdə olduğu üçün toya gələ bilməyib. Lakin sosial şəbəkə izləyiciləri bunu Fahriye ilə Burçunun küsülülüyü ilə əlaqələndiriblər.












