• Bakı 21° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı - VİDEO
HADİSƏ
24 Iyun 2025 | 12:35

Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı - VİDEO

Bakıda keçirilən nişan mərasimində mübahisə əlbəyaxa davaya çevirilib.

Bakıvaxtı.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə iyunun 22-si gecə saatlarında Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranların birində keçirilən nişan mərasimində hələ ki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunaraq insidentin qarşısını alıblar.

Şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb. Belə ki, saxlanılan şəxslər barəsindəki protokola baxan Nizami Rayon Məhkəməsi onları cərimə edib.


SON XƏBƏRLƏR