2024-cü ildə dünyada maliyyə aktivlərinin həcmi 8,1% artaraq rekord həddə - 305 trilyon dollara çatıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, "Boston Consulting Group" (BCG) beynəlxalq konsaltinq şirkətinin illik hesabatında yer alıb.
Hesabata görə, Şimali Amerika və Asiya Sakit Okean regionları ABŞ dolları ifadəsində müvafiq olaraq 14,9% və 7,3% artaraq ən sürətlə inkişaf edən regionlar olmaqda davam edir. Maliyyə aktivləri Yaxın Şərq və Afrikada 4,8%, Qərbi Avropada 0,8%, Şərqi Avropa və Mərkəzi Asiyada 0,3% artıb. Eyni zamanda Latın Amerikasında 9,3%, Yaponiyada isə 5,2% azalma müşahidə olunub.
Ötən il dünya üzrə real aktivlər 4,4% artıb. O cümlədən, Latın Amerikasında 2,2%, Yaxın Şərq və Afrikada 8,4%, Şimali Amerikada 11,2%, Şərqi Avropa və Mərkəzi Asiyada 1,4%, Asiya-Sakit okean regionunda 2,7% artıb. Yaponiyada bu göstərici 6,1%, Qərbi Avropada 1,8% azalıb.
Maliyyə aktivlərinə pul vəsaitləri və depozitlər, istiqrazlar, səhmlər və pay fondunun səhmləri, habelə həyat sığortası və pensiya fondunun əmanətləri daxildir. Daşınmaz əmlaka daşınmaz əmlak, qızıl külçələr və digər qiymətli metallar kimi bahalı davamlı mallar daxildir.
Gülşən Şərif