• Bakı 17° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Ötən il kartlardan bu qədər pul oğurlanıb - ŞOK RƏQƏM 
HADİSƏ
21 May 2025 | 16:47

Ötən il kartlardan bu qədər pul oğurlanıb - ŞOK RƏQƏM 

2024-cü il ərzində vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.

    Məlumata görə, hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib.

    O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır.

    DİN tərəfindən gündəlik olaraq aparılan profilaktik maarifləndirmə işi göstərir ki, əvvəllki illərdən fərqli olaraq vətəndaşın kiber savadlılığının artırılması fayda verir. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir.

    Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır. Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir.


    SON XƏBƏRLƏR