Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.
Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi.
Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.
***13:51
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Аgence France-Presse” məlumat yayıb.
"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - dövlət nümayəndəsi agentliyə bildirib.