• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Problemli kreditlər niyə artır? - Mütəxəssis SƏBƏBLƏRİ AÇIQLAYIR
CƏMİYYƏT
30 Iyun 2025 | 14:34

Problemli kreditlər niyə artır? - Mütəxəssis SƏBƏBLƏRİ AÇIQLAYIR

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, bu, mayın 1-i ilə müqayisədə 1,1 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,2 %, son 1 ildə isə 9 % artıb.

Bəs görəsən, problemli kreditlərin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ötən illə müqayisədə problemli kreditlərin həcmində ciddi artım qeydə alınmayıb:

"Mərkəzi Bankın açıqladığı statistika mütləq rəqəmlərdir. Yəni, kəmiyyət artımıdır. Nəzərə almaq lazımdır ki, kredit verilməsi artıb”.

Müsahibimiz qeyd edib ki, lakin əsas ölçü vahidi kredit portfeli ilə nisbətdədir. Onun sözlərinə görə, mMəsələn, əvvəl 100 manat verilən kreditin 3 manatı problemli kredit olurdusa, indi verilən 120 manatın 3.60 AZN-i problemli kreditə çevrilir. Biznes kreditlərində problemli kreditlərin payı 2.8 faizdirsə, bir il öncə 3 faiz olub.

Xalid Kərimli, iqtisadçı

Ekspert bildirib ki, istehlak kreditlərində problemli kreditlərin həcmi 3.16 faizdən 3.11 faizə, ipoteka kreditlərində isə 1.1 faizdən 0.8 faizə düşüb. Ümumilikdə isə stabil olaraq 2.7 faiz qalıb. Mərkəzi Bank adətən 4 faizi problem hesab edir".

X.Kərimlinin fikrincə, hazırda problemli kreditlərlə bağlı ciddi problem yoxdur və vəziyyət nəzarət altındadır.

Gülşən Şərif


SON XƏBƏRLƏR