Autizim xəstəsi olan uşağı parodiya etdiyi üçün tənqid olunan aktyor İlkin Misgərli onu evində ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, aktyor haqqında bəhs edilən Nurayın evində qonaq olub.
O, anlaşılmazlıq yaşandığını deyib:
"Dostlar, bu neçə gündür mən dəfələrlə izah etməyə çalışıram ki, əslində burada anlaşılmazlıq olub. Bu, bilərəkdən edilməyib. Bu gün Nuray balamızın yanına gəlmişəm. Onu öpürəm, bağrıma basıram. Mənim Nurayla nə problemim ola bilər ki, onu o formada çəkim və paylaşım?
Bunu edən adam insafsız olar. Bizim də nəslimizdə belə balalarımız var. Allah onların hamısına kömək olsun. Mən bu gün Nuraya dəstək olmaq üçün gəlmişəm. Sizdən də xahiş edirəm ki, Nuraya dəstək olasınız. Buraya gələndə öyrəndim ki, Nurayın belində də problem var və əməliyyata ehtiyacı var. Maddi imkanları çatmadığı üçün uzun müddətdir çətinlik yaşayır. Gəlin birləşək və Nuray balamıza dəstək olaq. O anlaşılmazlığı da aradan qaldıraq. Yenə deyirəm, mənim Nurayla heç bir problemim ola bilməz".
Nurayın anası da aktyordan narazı olmadığını bildirib.
İlkin Misgərli Nurayın müalicəsi üçün kampaniya başlatdığını da bildirib.
Bakı 











