• Bakı 15° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qarabağın çempionluğu bu gün rəsmiləşə bilər
İDMAN
20 Aprel 2025 | 09:15

"Qarabağ"ın çempionluğu bu gün rəsmiləşə bilər

Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.

Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.

Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.

Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.

Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur
20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Vüsal Əliyev.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Munis Abdullayev.

Zirə İdman Komnpleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.


SON XƏBƏRLƏR

19 Aprel 2025