Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.
Bu barədə Bakıvaxtı.az “Shamshyan.com”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.