• Bakı 21° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Qəzzaya 5 yük maşını dərman və tibbi ləvazimat çatdırılıb
DÜNYA
21 Sentyabr 2024 | 10:37

Qəzzaya 5 yük maşını dərman və tibbi ləvazimat çatdırılıb

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağına 5 yük maşını dərman və tibbi ləvazimat göndərib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, yük maşınlarının sentyabrın 18-də nazirliyin Nablusdakı mərkəzi anbarından yola düşərək Qəzzaya çatdığı bildirilib.

Səhiyyə naziri Məcid Əbu Ramazan zolağa hücumlar başlayandan bəri ilk dəfə Qəzzaya dərman göndərə bildiklərini qeyd edib.

Yaxın günlərdə daha 5 yük maşını göndəriləcəyini qeyd edən Əbu Ramazan, yaralıların və xəstələrin təcili tibbi ehtiyaclarını qarşılamaq üçün Qəzzadakı xəstəxanalara dərman və tibbi ləvazimatların paylanacağını diqqətə çatdırıb.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

20 Sentyabr 2024