Qvatemalanın cənub-şərqində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəızələnin episentri 618 min nəfərdən çox əhalisi olan Qvatemala departamentinin Villa Nueva şəhərindən 4,7 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Respublika Seysmoloji Xidmətindən verilən məlumata görə, son bir saat ərzində ölkə ərazisində silsilə zəlzələlər qeydə alınıb. Bundan əvvəl respublikanın cənub-qərbində, Qvatemala şəhərindən 40 km aralıda yerləşən Eskuintla departamentində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.