Fransada radikal sağçı Milli Toplanış partiyasının ofisinə polis tərəfindən basqın edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı partiyasın sədri Jordan Bardella özünün "X" hesabında paylaşım edib.
“Bu gün saat 8:50 etibarən Milli Toplanış partiyasının qərargahına, o cümlədən partiya liderlərinin ofislərinə təqribən 20 polis nəfəri basqın edib. Onların yanında iki müstəntiq də var”- paylaşımda qeyd olunub.
Partiya lideri hadisəni demokratiyaya qarşı hücum adlandırıb.