• Bakı 24° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Sarkisyan həbs olundu
DÜNYA
09 Iyul 2025 | 18:46

Sarkisyan həbs olundu

"Ermənistan" fraksiyasından olan deputat Artur Sarkisyan həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan verib. Müxalif deputat iki ay müddətinə həbs olunub.

Bir gün əvvəl Sarkisyan parlament baş prokurorun deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatətini təmin etdikdən dərhal sonra könüllü olaraq İstintaq Komitəsinə yollanıb.

Artur Sarkisyan “Müqəddəs Mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilib. Deputatın vəkilləri məlumat veriblər ki, Sarkisyanın lentə alınmış söhbətlərində dövlət çevrilişi və ya çevrilişə hazırlıqla bağlı hər hansı fikir yoxdur.


SON XƏBƏRLƏR

09 Iyul 2025