• Bakı 25° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?
DÜNYA
09 Iyul 2025 | 23:19

Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi nəticə əldə etmədən geri qayıdıb.

Bakıvaxtı.azxəbər verir ki, VÇK-OGPU məlumatlarına görə, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə onun ölkə rəhbərliyi ilə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.

Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz. Sezar pizza

Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib.

Hazırda Kurenkovun Bakı səfərinin başqa nəticələri barədə əlavə məlumat yoxdur./musavat.com


SON XƏBƏRLƏR

09 Iyul 2025