Hücuma məruz qalan “Eternity C” gəmisinin ekipaj heyəti husilər tərəfindən qaçırılıb.
Bkıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin məlumatında deyilir.
Qeyd edək ki, hücum nəticəsində “Eternity C”in 25 heyət üzvündən 4-nün həlak olduğu, 7-nin xilas edildiyi, 14 nəfərin isə itkin düşdüyü bildirilmişdi.