Bu ilin birinci yarısında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 2183 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 324-ü məlumat üçün olmaqla 1923 müraciət edilib.
Bakıvaxtı.az xəbər verir ki, təbii qaz təchizatı ilə bağlı 26-sı məlumat xarakterli olmaqla 213 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 18 müraciət edilib. Digər məsələlərlə bağlı isə 2-si məlumat üçün olmaqla 29 müraciət göndərilib.
Məlumata görə, müraciətlərdən 1417-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (16 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 411 müraciət hazırda baxılma prosesindədir, 352 məlumat xarakterli müraciətdən 153-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.