• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Kriminal aləmin Yeni Qulisini bıçaqlayıb dənizə atdılar
DÜNYA
09 Iyul 2025 | 20:05

Kriminal aləmin "Yeni Qulisi"ni bıçaqlayıb dənizə atdılar

"Qanuni oğru"nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nəticələnib.

Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, iyulun 6-da "həmkarları" ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini "Quli" ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, gərgin söhbət zamanı Quli "Pıza" ləqəbli Raul Bartsbanı "fahişə" adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən dənizə atılıb.

Yada salaq ki, Kapba bu ilin mayında Pızanı nüfuzdan salmaq üçün Abxaziyaya qayıdıb.

Eyni zamanda, Şakro 2023-cü ilin noyabrında Qulini "oğru" kimi tanımadığını bildirib. Bundan əvvəl Temur düz 10 il idi ki, "oğru" adını daşıyırdı.

Qeyd edək ki, Temur Kapba mərhum azərbaycanlı "qanuni oğru" Lotu Qulinin yaxın adamlarından olub. Lotu Qulinin qətlindən sonra onun klanının böyük hissəsi qardaşı Namiq Səlifovun ətrafında birləşib. Lakin Temur Namiqin himayəsindən kənarda qalıb.


SON XƏBƏRLƏR

09 Iyul 2025