“Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Bakıvaxtı.az xəbər verir ki, qərar iyulun 9-da Binəqədi Rayon Məhkəməsində ayrı-ayrı keçirilən proseslərdə verilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.