• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Paşinyanın qorxuları başadüşüləndir: Kremlin İrəvan hökuməti ilə ciddi məqsədləri var
SİYASƏT
09 Iyul 2025 | 13:11

Paşinyanın qorxuları başadüşüləndir: Kremlin İrəvan hökuməti ilə ciddi məqsədləri var

"Ermənistanın Baş naziri Nikol Paşinyanın qorxularını başa düşmək olar". 

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. 

Ekspert bildirib ki, uzun illər boyunca Sarkisyan-Köçəryan tandemi Ermənistanı idarə edib: 

"Bu qüvvələr Rusiyanın təlimatlarından kənara çıxmayıblar. Paşinyan isə Qərbin təlimatlarını icra etməkdədir. Hazırda Ermənistan iqtidarına yönəlik təhdidlər arasında əsas yeri kilsə tutur. Erməni kilsəsi keçmiş hakim qüvvələrlə və digər müxaliflərlə birləşərək Paşinyana qarşı çıxarsa, baş nazirə qarşı ciddi müxalifət formalaşmış olar. Belə olduğu təqdirdə Paşinyan hakimiyyətinin sonu yaxınlaşa bilər. Bunun olmaması üçün Paşinyanın rəqiblərinə qarşı mübarizəsi, həbslər, opponentlərini zərərsizləşdirmə cəhdləri normal və təbiidir. Bunlar siyasi proseslər sayıla bilər". 

Fuad Abbasov: Paşinyan iqtidarı asanlıqla buraxmaq niyyətində deyil

Müsahibimiz qeyd edib ki, Rusiya prezidentinin Ermənistan üzrə nümayəndə kimi Sergey Kiriyenkonu təyin etməsi diqqətçəkəndir.  Abbasov bildirib ki, Kiriyenko Putindən Ermənistandakı seçkilərədək İrəvanla münasibətləri fərqli müstəviyə daşımaq vəzifəsi alıb. Bunun özü Kremlin Ermənistanla, daha doğrusu Paşinyanla bağlı ciddi məqsədlərinin olduğunu göstərir. Sergey Kiriyenko İrəvanda Robert Koçaryanla görüşdü və ardınca daxili gərginlik başladı. Amma ictimaiyyətin onun tərəfində olduğunu görən Paşinyan iqtidarı asanlıqla buraxmaq niyyətində deyil".

Fuad Abbasov Rusiyanın da Nikol Paşinyanı devirmək ehtimallarının az olduğunu düşünür.

Aydın Baxış


SON XƏBƏRLƏR