Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun ortalarında Vatikanda keçirilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, danışıqlarda ABŞ-ni dövlət katibi, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq təmsil edəcəklər.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının birinci raundu mayın 16-da İstanbulda baş tutub.