• Bakı 21° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rusiyada aviaşirkətlərə İraq, İran və İordaniya üzərindən uçmağa icazə verilib
DÜNYA
27 Iyun 2025 | 17:53

Rusiyada aviaşirkətlərə İraq, İran və İordaniya üzərindən uçmağa icazə verilib

“Rosaviasiya” agentliyi Rusiya aviaşirkətləri üçün İraq, İran və İordaniya hava məkanında uçuşlara qoyulan qadağanı ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, agentlik qərarın Yaxın Şərqdə mülki aviasiya fəaliyyətinin davam edən təhlilinin nəticələrinə əsasən qəbul edildiyini vurğulayıb.

Mütəxəssislər vəziyyəti izləməyə davam edir və vəziyyət dəyişərsə, məlumat operativ şəkildə aviaşirkətlərə çatdırılacaq.

“Aeroflot” aviaşirkəti iyulun 4-dən Tehrana uçuşları bərpa etməyi planlaşdırır. Aviadaşıyıcının saytında verilən məlumata görə, Tehrana uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

İyunun 13-də hərbi əməliyyatların başlaması ilə əlaqədar “Rosaviasiya” İsrail, İordaniya, İraq və İran üzərində uçuşlara müvəqqəti qadağa qoymuşdu. Münaqişənin kəskinləşməsindən sonra məhdudiyyətlər Qətərin hava məkanına qədər genişləndirilib.


SON XƏBƏRLƏR