• Bakı 27° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Rüstəm Nəcəfov: Sammit ortaq turizm layihələrinə təkan verəcək
İQTİSADİYYAT
12 Iyul 2025 | 17:56

Rüstəm Nəcəfov: "Sammit ortaq turizm layihələrinə təkan verəcək"

"Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı türkdilli ölkələr arasında dağ və xizək turizmi üzrə çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində çıxışı zamanı İttifaqın sədri Rüstəm Nəcəfov dilə gətirib. O diqqətə çatdırıb ki, üzv dövlətlərin zəngin dağ relyefi və əlverişli iqlim şəraitinə sahib olması bu sahədə müxtəlif turizm növlərinin inkişafı üçün geniş imkanlar yaradır.

"Birgə əməkdaşlığın genişləndirilməsi gələcəkdə ortaq turizm layihələrinin formalaşdırılmasına və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına təkan verəcək", - sədr bildirib.


SON XƏBƏRLƏR