• Bakı C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Tbilisidə yürüşlər qadağan edildi
DÜNYA
20 Dekabr 2025 | 22:16

Tbilisidə yürüşlər qadağan edildi

Sabahdan etibarən Tbilisidə etiraz yürüşlərinin keçirilməsi qadağan ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, dekabrın 31-dək paytaxtda təşkil olunacaq aksiyalar yürüşlər olmadan keçirilməlidir.

Aksiya iştirakçıları etirazlarını parlament binasının qarşısındakı pilləkənlərdə və yaxın ərazidə ifadə etməli, həmçinin səkidə digər vətəndaşların və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.

Qeyd edək ki, dekabrın 11-dən Gürcüstanda toplantılar və nümayişlərlə bağlı sərt tələblər qüvvəyə minib. Tələblərə əsasən aksiyanın 5 gün öncədən DİN-ə xəbərdarlıq edilmədən ictimai yerdə təşkili qadağan olunub./APA


SON XƏBƏRLƏR

20 Dekabr 2025