• Bakı 18° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Tovuzda DƏHŞƏT! Qadının üstünə benzin tökərək YANDIRDI - YENİLƏNİB
HADİSƏ
19 Aprel 2024 | 16:10

Tovuzda DƏHŞƏT! Qadının üstünə benzin tökərək YANDIRDI - YENİLƏNİB

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

    Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

    ***

    15:05

    Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

    Bakıvaxtı.az xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

      DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

      Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,

      Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.APA


      SON XƏBƏRLƏR