• Bakı 27° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır
DÜNYA
12 Iyul 2025 | 17:35

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

Türkiyə xalq səsverməsi ilə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən üç şir balası üçün ad axtarır.

Bakıvaxtı.az xəbər verir ki, onlar 2018-ci ildə Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşirin Türkiyə liderinə hədiyyə etdiyi Sultan və Nil adlı aslanların balalarıdır.

Artıq ay yarımlıq olan bala aslanlar Qaziantep Təbiət Parkındadır. Təbiət Parkının yeni sakinlərinin adları sosial şəbəkələrdə keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunacaq.


SON XƏBƏRLƏR