• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum İMZALADI
DÜNYA
18 Aprel 2025 | 01:07

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum İMZALADI

Ukrayna və Amerika Birləşmiş Ştatları faydalı qazıntılarla bağlı saziş çərçivəsində memorandum imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Bu gün ABŞ ilə iqtisadi tərəfdaşlıq sazişinə doğru bir addım atdıq. Komandalarımızın konstruktiv əməkdaşlığını və sazişi yekunlaşdırmaq niyyətini təsdiqləyən memorandumu imzaladıq”, – deyə o, sosial şəbəkə hesabında bildirib.

İmzalanma onlayn baş tutub. Ukrayna tərəfdən memorandumu iqtisadiyyat naziri Sviridenko, Amerika tərəfdən isə maliyyə naziri Bessent imzalayıb.

Xatırladaq ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı. Onun sözlərinə görə, bu sənəd sadəcə olaraq tərəflərin niyyətini özündə əks etdirir./apa


SON XƏBƏRLƏR

18 Aprel 2025