COP29 əldə edə biləcəyimiz nəticələrə görə, indiyədək ən mühüm tarixi ən uğurlu COP-dan biri hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, COP29 çətin geosiyasi və qlobal siyasi proseslər şəraitində təşkil olundu.
"Keçən il 60-dan çox ölkədə seçkilərimiz oldu. Bəzi ölkələrdə bu seçkilər mühüm siyasi dəyişikliyə səbəb oldu. Bu da yeni hökumətin, yəni hakimiyyətə gələnlərin iqlim dəyişikliyinə, iqlim dəyişikliyinə qarşı fəaliyyətə bir qədər və ya bəzi hallarda əhəmiyyətli dərəcədə fərqli baxışları var", - Yalçın Rəfiyev qeyd edib.
Onun sözlərinə görə, qeyd olunanlar işləri hərəkətə gətirmək və nəticəyə gəlmək üçün digər tərəflərlə danışıqları daha da çətinləşdirdi.