• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Yeni Dehlinin “zibil dağı”
DÜNYA
05 Iyun 2025 | 16:48

Yeni Dehlinin “zibil dağı”

Qazipur Hindistanın ən böyük tullantı sahələrindən biridir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin paytaxtı Yeni Dehlidə “Yeni Dehlinin zibil dağı” kimi tanınan Qazipur, 70 hektar əraziyə yayılan təxminən 61 metr hündürlüyü ilə diqqət çəkir.

Məlumata görə, orada 14 milyon tondan çox tullantı toplanıb. Bu nəhəng süni təpə plastik çirklənmə ilə mübarizə mövzusu ilə qeyd olunan “2025-ci il Ümumdünya Ətraf Mühit Günü”nün əhəmiyyətini ortaya qoyur.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, plastik çirklənmə planetin hər tərəfinə, hətta insan orqanizminə də çatır. Mütəxəssislər bu problemin həlli üçün davamlı tullantıların idarə edilməsi və daha sərt ekoloji siyasətin vacib olduğunu vurğulayırlar.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR