Kişineu rayon məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun təxminən 2,4 milyon dollar məbləğində əmlakının müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Natalya Bayram məlumat yayıb.
"Məhkəmə əmlakın müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib. Söhbət Qutsuldan 42 milyon Moldova leyi (2,4 milyon dollar) məbləğində vəsaitin alınmasından gedir ki, bu da istintaq tərəfindən "Şor" partiyasının maliyyələşdirilməsi işi çərçivəsində guya ona köçürülmüş vəsait kimi göstərilib", - o bildirib.
***
13:25
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub.
Bakıvaxtı.az Moldova mediasına istinadən xəbər verir ki, məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onun 7 il müddətinə azadlıqdan məhrum edib.
Moldovanın "Şor" müxalifət partiyasının sabiq katibi Svetlana Popan isə 6 il azadlıqdan məhrum edilib.