• Bakı 23° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Şkendiya səfərində qələbə qazanmaq çox vacib idi - Qurban Qurbanov
İDMAN
06 Avqust 2025 | 00:51

"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi" - Qurban Qurbanov

"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:

"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. "Şkendiya" barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniya təmsilçisi FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

 


SON XƏBƏRLƏR