Nazirimizə qarşı FETÖ və onun törəmələri tərəfindən son illərdə sistemli, çoxşaxəli gözdənsalma kampaniyasında irəli sürülən əsassız iddiaların bir qismi yenidən gündəmə gəlib. Son vaxtlar bu iddiaların yenidən gündəmə gəlməsi ictimaiyyəti qəsdən çaşdırmaq məqsədi daşıyır. Bu iddialarla bağlı qanuni tədbirlər görülür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziriliyi Hakan Fidanın ali təhsili ilə bağlı yayılan iddialara cavab verərkən bildirib.