• Bakı 26° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Məhərrəmliyin yazılmayan qanunları: Qətl sınanadək sabundan istifadə etmək olmaz? 

CƏMİYYƏT

08 Avqust 2022 | 09:28

Məhərrəmliyin yazılmayan qanunları: Qətl sınanadək sabundan istifadə etmək olmaz? 

Bu gün Aşura günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

Adətən el arasında belə bir dolaşır ki, Aşura günü qətl sınanadık sabundan istifadə etmək olmaz.

Elşad Miri: Bəlkə diş məcunundan da istifadə etməyək?

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, Aşura tarixi bir hadisədir: "Bunun Quranla əlaqəsi yoxdur. İslam Qurandan ibarətdir. Quran isə tarix kitabı deyil. Aşura hadisəsi Quranın gəlişindən on illər sonra baş vermiş tarixi olaydır".

Onun spzlərinə görə, bu olayın İslamla əlaqələndirilməsinin yeganə səbəbi İmam Hüseynin peyğəmbər nəvəsi olmasıdır: "Peyğəmbərin sağlığında 3 oğlu, 3 qızı vəfat edib. Heç birində nə yeddi verib, nə qırx, nə də yas saxlayıb. Övlad acısı qədər ağrılı nə var? Buna görə də xüsusi qətl sınma anlayışı da olmayıb".

Əli sabunla yumağa gəldikdə isə, E.Miri deyir ki, soruşmaq lazımdır Peyğəmbərin dövründə sabun olubmu, yaxud İmam Hüseynin dövründə sabun var idimi?

"Sabun təmizlik üçün vasitə deyilmi? Yuyunmayaqmı? İslam bizdən təmizlik tələb etmirmi? Bəlkə diş pastasından da istifadə etməyək", - deyə Elşad Miri əlavə edib.

Hacı Fuad Nurullayev:  "Aşurada sabunla əl yumaq günahdı" kimi fikirlər yoxdur

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, Aşura vaxtı əqidəmizə, imamlarımızdan bizə çatan hədislərə görə, insan dualar, zikrlər edir: “Aşura əzadarlığına qoşulur, məclisə qatılər. Bu, ən böyük savab olar".

Onun sözlərinə görə, "Aşurada sabunla əl yumaq günahdı" kimi fikirlər yoxdur: "İnsan sabunla da əlini yuya, çimə də bilər. Sadəcə olaraq bəyənilir ki, Aşura günü əzadarlıq eləsin, İmam Hüseynə, şəhidlərə məclis saxlasın, dualar etsin, ibadətlə məşğul olsun, bacardığı qədər məclislərə qatılsın. Onun böyük savabı var ki, dünya işlərini bir az təxirə salsın”.

Hacı Fuadın dediyinə görə, adam var, elə vacib işi var ki, Aşura günü mütləq onu etməlidir, bu, başqa məsələdir: "Məsələn, həkim, təcili yardım işçisi, yanğınsöndürən və s. bu kimi işlərdə fəaliyyət göstərirsə, başqa yolu yoxdur. Amma sərbəst, azaddırsa, Aşura günündə əzadarlıq etsə, məclislərə qatılsa, ibadət etsə, böyük savab olar. Çünki bu gün şəhidlər yad olunur”.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

27 Iyun 2025