• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Hikmət Mirzəyev, Mais Barxudarov faktorunun yeni  detalları... - Müharibənin ən ağır döyüşləri (Siyahı)

SİYASƏT

18 May 2021 | 15:00

Hikmət Mirzəyev, Mais Barxudarov faktorunun yeni  detalları... - Müharibənin ən ağır döyüşləri (Siyahı)

“Laçın səfərindən öncə topladığım maraqlı məsələləri döyüşlərdə iştirak edən Babək Aslanov, Sənan Akifoğlu və İlqar Quliyevlə müzakirə etdim və çox yeni faktlar öyrəndim. Azərbaycan Ordusunun və xalqımızın qələbəsində Hikmət Mirzəyev, Mais Barxudarov və Kərim Vəliyev faktorunun yeni  detallarını öyrəndim”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Keçmiş zabit diqqətə çatdırıb ki, cənub istiqamətində nə əsgərlərdən, nə zabitlərdən, nə ehtiyata buraxılanlardan, nə onunla birgə eyni maşında Laçına getmiş 1992 və 2020-ci ildə döyüşən könüllülərdən çox kiçik cari təchizat məsələləri istisna olmaqla təminatla bağlı şikayət eşitməyib:

“Hadrut və Xocavənd barədə isə dəqiqləşdirib yazacam. Əsas itkilərimiz minaatanlardan olub. Kontr batareya atəşinə diqqət artırılmalıdır. Ən ağır döyüşlər Cəbrayıl, Hadrut, Füzuli, Balasoltanlı, Dağ Tumas, Böyük Kirs, Sarı Yataq istiqamətində olub. Hazırda xidmət edən şəxsi heyətin mənəvi psixoloji vəziyyəti yüksəkdir, dağı dağ üstə qoyacaq gücdədir, əvvəl bəzən xidmətdən saxta xəstəlik bəhanəsilə yayınanlar haqqında giley eşidirdiksə, indi əsgərimiz onları Qarabağda sadəcə görmək istəmir və düz də edir”.

Ekspert vurğulayıb ki, Qarabağ böyük inşaat zonasına çevrilmək üzrədir: “Hər tərəfdə ağır texnika çalışır. Əsas diqqət əsgərlərimizin təminatına və yolların bərpasına yönəlib. Laçın dəhlizinə və şəhərə getmək üçün ruslarla razılaşdırma müəyyən zaman tələb edir. Həkəridə farel var, ovlamadım, amma yemlədim. Sanki balıqlar da bizdən ötrü darıxmışdı”.


SON XƏBƏRLƏR