• Bakı 10° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

11 yaşlı uşaq iynədən şoka düşərək öldü - YENİLƏNİB

CƏMİYYƏT

05 Yanvar 2026 | 16:37

11 yaşlı uşaq iynədən şoka düşərək öldü - YENİLƏNİB

Dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasınıdan məlumat verilib.

"Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib", deyə məlumatda qeyd olunub.

***

16:01

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Yanvar 2026