• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ-dən Türkiyədə həyatını itirənlər üçün bir dəqiqəlik sükut

DÜNYA

07 Fevral 2023 | 15:13

Aİ-dən Türkiyədə həyatını itirənlər üçün bir dəqiqəlik sükut

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həyatını itirənləri bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə zəlzələdən sonra iştirakçılarından biri olduğu Aİ Mülki Müdafiə Mexanizmini işə salıb.

Bir çox Aİ ölkəsi Türkiyəyə axtarış-xilasetmə qrupları da daxil olmaqla müxtəlif yardımlar göndərəcəklərini açıqlayıb. Avropadan olan 850-dən çox axtarış-xilasetmə mütəxəssisi ilk növbədə zəlzələ zonasına doğru hərəkət edərkən onları çoxlu sayda texnika və axtarış itləri müşayiət edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR