ABŞ-dan Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan çox olan kokain aşkar edilib.
Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, narkotik vasitələr paltar və ayaqqabı arasında gizlədilib: “Həmçinin şübhəlilərin evlərində axtarış aparılıb. Evlərdən də kokain tapılıb. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib”.









png-1715342445.webp)




