• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ "F-16"da ukraynalı pilotların təliminə qoşulacaq - Pentaqon ŞƏRTİ AÇIQLADI

DÜNYA

22 Avqust 2023 | 09:21 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ "F-16"da ukraynalı pilotların təliminə qoşulacaq - Pentaqon ŞƏRTİ AÇIQLADI

Avropa ölkələri qrafikə əməl etməsə, ABŞ ukraynalı pilotların F-16-da Qərb qırıcıları üzərində təliminə qoşulmağa hazırdır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Pnun sözlərinə görə, Birləşmiş Ştatlar ukraynalı pilotların sayı Avropa ölkələrinin öhdəsindən gələ biləcəyindən çox olarsa, onların təlimində iştirak etməyə hazırdır.

Pentaqonun sözçüsü qeyd edib ki, təlimlərdə liderlik edən Danimarka və Hollandiya qrafikdən geri qalırsa və ya daha çox UAF pilotunun hazırlanmasına ehtiyac yaranarsa, o zaman Ştatlar təlim prosesinə qoşulacaq.

"Ukraynalı pilotlar F-16-nı idarə etməyə hazır olmaq üçün xüsusi ingilis dilində ciddi təlim keçməlidirlər" deyən Sinq əlavə edib ki, amma bu, bir qədər vaxt aparacaq.

Murad Məmmədıi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR