• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu

DÜNYA

09 Noyabr 2023 | 20:26 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu

İraqın qərbində yerləşən Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd bazasına iki hücum həyata keçirilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi obyektə raket zərbəsi endirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.

"Al Arabiya" telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.

Bazar ertəsi İraq İslami Müqavimət Hərəkatı şiə silahlılarının Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026