• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

ABŞ-nin Ankaradakı səfiri: "Bu vəziyyət bizi narahat edir"

SİYASƏT

13 Avqust 2024 | 11:32

ABŞ-nin Ankaradakı səfiri: Bu vəziyyət bizi narahat edir

"İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk deyib.

Türkiyə səfiri vəzifəsi tezliklə başa çatacaq Fleyk jurnalistlərlə görüşündə bildirib ki, ABŞ Türkiyə və İranla əlaqələri olan bütün müttəfiqləri İranın Yaxın Şərqdə gərginliyi azaldacağına inandırmaq istəyir:

"ABŞ gərginliyin artmasının qarşısını almaq üçün əlidən gələni edir".

Qeyd edək ki, İranın dəstəklədiyi Həmas-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib və bu sui-qəsddən sonra İran İsraili qisas alacağı ilə hədələyib.  İsrail isə məsuliyyəti öz üzərinə götürməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024