• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ səfirliyi Filip Rikerin ölkəmizə səfərinin məqəsdini AÇIQLADI

SİYASƏT

28 Noyabr 2022 | 13:19

ABŞ səfirliyi Filip Rikerin ölkəmizə səfərinin məqəsdini AÇIQLADI

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

“Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026