• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağ Evdə gündəlik COVID-19 testi ləğv olundu

DÜNYA

16 Mart 2021 | 23:06

Ağ Evdə gündəlik COVID-19 testi ləğv olundu

ABŞ-da Ağ Ev əməkdaşları üzərindən gündəlik koronavirus testləri vermək öhdəliyi götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat  yayıb.

Məlumata əsasən, artıq sözügedən testin həftədə bir dəfə verilməsi kifayətdir.

Bu qərar Ağ Ev əməkdaşlarının bir çoxunun vaksinasiyasının tamamlanması ilə izah olunur.

Bununla yanaşı, prezident sarayının rəsmi təmsilçisi Kevin Munozun sözlərinə görə, virusla bağlı digər məhdudiyyətlər olduğu kimi saxlanılır. Əməkdaşlar əvvəlki kimi, yenə də maska taxmalı və sosial məsafəyə diqqət etməlidirlər.

Qeyd edək ki, Ağ Evdə gündəlik COVID testləri və N95 respirator-maskaların taxılması məcburiyyəti Baydenin prezident seçilməsindən sonra tətbiq olunmuşdu.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026