• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlandı

CƏMİYYƏT

28 Noyabr 2024 | 14:30

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlandı

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Rauf Əsgərov saxlanılıb. Ondan 10 kiloqrama yaxın marixuana aşkarlanıb. O, izahatında narkokuryerliyə sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025